• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Rusiyanın təcavüzündən 16 il sonra ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib

Rusiyanın təcavüzündən 16 il sonra ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib
08.08.2024 13:57
Çərşənbə günü ABŞ Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha bəyan etdi, çünki ölkə Rusiya işğalının 16-cı ildönümünü qeyd edir.

"Rusiya bu günə qədər Gürcüstanın 20%-ni işğal etməkdə, öz iradəsini onun xalqına sırımaqda davam edir, Abxaziyadakı torpaqları Rusiyaya verir və Oçamçirada daimi hərbi dəniz bazası tikir”, - dövlət katibi Entoni Blinken bəyan edib.

O əlavə edib ki, Vaşinqton Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə qəti şəkildə dəstəkləyir.

"Biz Rusiyanı 2008-ci il atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə, qoşunlarını münaqişədən əvvəl tutduqları mövqelərə çıxarmağa və humanitar yardımın çatdırılması üçün maneəsiz çıxışı təmin etməyə çağırırıq.

Biz həmçinin Rusiyanı Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyinin tanınmasını ləğv etməyə çağırırıq.

Bu tədbirlər on minlərlə məcburi köçkünə təhlükəsiz şəkildə öz evlərinə qayıtmağa imkan verəcək”, - Blinken bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ-ın Gürcüstan xalqının Avro-Atlantik gələcək və münaqişənin sülh yolu ilə həlli axtarışında onlara dəstəyi "daimidir”.

Blinkenin şərhləri Gürcüstanın hakim partiyasının çərşənbə günü 2008-ci ildə Rusiyanın işğalı zamanı hakimiyyətdə olan Saakaşvili hökumətini müharibə ətrafında "piar kampaniyası" aparmaqda və onu "ən pis nəticələrə gətirib çıxaran məkrli cinayətlərdə" ittiham edən bəyanat yaymasından sonra səslənib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller TURAN-ın Vaşinqtonun Rusiyanın Gürcüstana təcavüzünün səbəbsiz olduğuna inanırmı sualına cavabında belə deyib: "Dövlət katibinin bugünkü bəyanatı çox aydındır: bu, Rusiyanın qanunsuz işğalı idi və qeyri-qanuni işğal olmaqda davam edir”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol