• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” şirkəti arasında memorandum imzalandı

Kapital Bank,  Təhsilin İnkişafı Fondu və “Visa” şirkəti arasında memorandum imzalandı
08.08.2024 13:51
Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən hər zaman təhsilin inkişafına dəstək məqsədilə keçirilən layihələrdə yer alan Kapital Bank daha bir təşəbbüslə yadda qalıb. Belə ki, ötən gün Kapital Bank, Təhsilin İnkişafı Fondu və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb. 

Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və "Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktor Nurlan Hacıyev imzalayıblar.

Memoranduma əsasən tələbələrə yeni "Tələbə+” kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edəcəklər. Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı gözləntilər olduqca böyükdür. 

Bu haqda bankın rəsmisi Fərid Hidayətzadə çıxışında da qeyd edib: "Kapital Bank olaraq bu təşəbbüsə imza atmaqla bir daha təhsilin və gənc nəslin inkişafında maraqlı olduğumuzu ifadə edirik. Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq bu kimi layihələrlə biz həm də əmək bazarına investisiya etmiş oluruq. Biz yaxşı bilirik ki, bu günün təhsilli gəncləri, gələcəyin peşəkar mütəxəssisləridir. Müasir dövrdə isə istənilən sahədə, xüsusən də bank sektorunda bilikli mütəxəssislərə ehtiyac var. Biz bu gün investisiya etdiyimiz hər bir gənci gələcək həmkarımız kimi dəyərləndiririk”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tərəfdaşlığın  tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib.

Nurlan Hacıyev isə şirkət olaraq layihənin bir hissəsi olmaqdan məmnun olduqlarını və bütün tələbələri əhatə edəcək layihənin əhəmiyyətindən danışıb.  

Qeyd edək ki, "Tələbə+” kartının avantajları, tələbələrə yaratdığı imkanlar və digər xüsusiyyətləri haqqında ən qısa zamanda məlumat veriləcək. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:08
Avro və rubl bahalaşıb - məzənnə
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol