• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Əlillərə avtomobillərin verilməsi şəffaf həyata keçiriləcək

Əlillərə avtomobillərin verilməsi şəffaf həyata keçiriləcək
07.02.2014 12:35
 Pulsuz avtomaşın almaq üçün növbəyə dayanmış Qarabağ müharibəsi əlillərinə, 20 Yanvar əlillərinə, Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin verilməsi tam şəffaf prinsiplərlə həyata keçiriləcək.Bunu “APA-Economics”ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, bu sahədə ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə açıqlanıb: “Bununla belə, bəzi KİV-lərdə bu və ya digər əlil vətəndaşın maşın almaq üçün artıq guya 10 ildən çoxdur ki, növbədə dayandığı, lakin hələ də ona maşın verilmədiyi bildirilir. Lakin araşdırma zamanı məlum olur ki, həmin şəxslər maşın almaq üçün, ümumiyyətlə, növbəyə dayanmayıblar və qeyd olunan növbəlilik siyahılarında da adları yoxdur”. E.Babayev qeyd edib ki, avtomaşın almaq üçün adı növbəlilik siyahısında olan hər bir əlil vətəndaşın maşınların verilməsi zamanı növbəlilik prinsipinə necə əməl olunduğunu izləmək və ondan sonra növbəyə dayanmış hər hansı şəxsə ondan əvvəl maşın verildiyi təqdirdə, bunu dərhal öyrənmək imkanı var. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin dövlət hesabına xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol