• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Aİ Bakını COP29 ərəfəsində İrəvanla sülh sazişi imzalamağa çağırır

Aİ Bakını COP29 ərəfəsində İrəvanla sülh sazişi imzalamağa çağırır
19.08.2024 20:22
Avropa İttifaqı noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır.Bu barədə Brüsselin "EUobserver” portalı Avropa Komissiyasına istinadən məlumat yayıb.

"Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün COP29-un verəcəyi impulsdan istifadə etməlidir”, – nəşr AK nümayəndəsinin sözlərindən sitat gətirir.

Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən qeyd etdiyi kimi, "yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr var, Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb”.

XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının vacibliyini iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti adlandırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol