• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bu gün Soçidə təntənəli açılış olacaq

Bu gün Soçidə təntənəli açılış olacaq
07.02.2014 09:00
Soçinin “Fişt” stadionunda bu gün XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, təntənəli mərasim Bakı vaxtilə 20.14-də başlayacaq.Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 mlrd-dan çox tamaşaçı izləyə biləcək.    Olimpiada fevralın 23-dək davam edəcək.   Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyini, tək açılış mərasimində isə 44 dövlət başçısının iştirak edəcəyini  bildirib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gəliblər.    Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq.  Olimpiya Oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq. Yarışlar 11 idman obyektində keçiriləcək. İlk medal dəsti uğrunda yarışlar fevralın 8-də keçiriləcək. Rusiya bununla ikinci dəfədir ki Olimpiadanı qəbul edir. Bundan əvvəl, 1980-cı ildə XXII Yay Olimpiya Oyunları Moskvada keçirilmişdi.    Qeyd edək ki, XXII Qış Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq. Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol