• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Həsən Ruhani Azərbaycanla münasibətlərdən danışdı

Həsən Ruhani Azərbaycanla münasibətlərdən danışdı
06.02.2014 19:37

İran prezidenti Həsən Ruhani İslam inqilabının 35-ci ildönümü münasibətilə xalqa müraciət edib.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, H.Ruhani bildirib ki, İran İslam İnqilabı tarix boyu baş verən böyük bir möcüzə olub: “Müdafiəsiz bir xalqın təpədən-dırnağadək silahlanmış bir rejim qarşısında qələbə çalması misli görünməmiş bir hadisə idi”.

 

İran prezidenti deyib ki, beynəlxalq arenada yeni bir atmosfer yaranıb: “İran xalqı konstruktiv əlaqələr qurmağı öz şüarları sırasında yerləşdirib. Biz bu gün ölkənin xarici siyasətində böyük bir dəyişikliyin baş verməsinin şahidiyik. Bu da həm qonşularımız, həm də dünyanın böyük dövlətləri ilə münasibətlərdə özünü göstərir. Xarici siyasətdə iri addımlar atılıb. Dünyanın böyük dövlətləri ilə əlaqələrimizdə böyük dəyişikliklər baş verib. Eyni zamanda İranın qonşu ölkələrlə də əlaqələri inkişaf edir. Bəzi dövlət başçıları, ö cümlədən Azərbaycan Respublikası, Türkiyə, İraq, Türkmənistan, Ermənistan kimi ölkələrin liderləri ilə görüşlərim olub. Bu görüşlərdə iqtisadiyyat, diplomatiya, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, həmçinin regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”.

 

H.Ruhani vurğulayıb ki, xarici investorlar İranda investisiya qoymağa maraqlıdırlar: “Biz hazırda ölkənin siyasi və iqtisadi sektorunda böyük bir canlanmanın şahidik və dünyanın müxtəlif ölkələrindən İrana səfərlərini müşahidə edirik. Təxminən 117 siyasi qrup Tehrana daxil olub, qarşıdakı aylarda isə xarici iş adamları və ölkə başçılarının İrana səfərləri ilə də böyük dəyişikliklərin şahidi olacağıq”.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol