• $
  • €
  • ₽
  • ₺
  • £

Anglo Asian Mining gələn il üçün proqnozunu açıqlayıb

Anglo Asian Mining gələn il üçün proqnozunu açıqlayıb
23.08.2024 15:35
Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı olan Anglo Asian Mining PLC (AIM: AAZ) avqustun 5-də tullantı anbarının divarını tikmək üçün razılıq aldıqdan sonra tam 2024-cü il üçün istehsal proqnozunu açıqlayaraq bu il qızıl və mis hasilatı hesabına 15 000-dən 19 500-ə qədər unsiya qızıl ekvivalent (GEO) istehsal etməyi planlaşdırdığını bildirib.
 
Şirkətin yaydığı press relizə görə,  Anglo Asian 2024-cü maliyyə ilində 14 000-dən 16 000-ə qədər unsiya qızıl və 250-850 ton mis hasil edəcək. Gümüş istehsalında isə şirkt xüsusi artım gözləmir. 

"Lazımi icazələr alındıqdan dərhal sonra tullantı anbarının tikintisinə başlanılıb və tikinti qrafik üzrə aparılır. İlk 2,5 metrlik tikilinin üç ay ərzində başa çatdırılması nəzərdə tutulur",  -  məlumatda bildirilib. 

Bir illik genişmiqyaslı təmirdən sonra şirkətin qarışdırıcı süzmə zavodu ilk 97 000 ton filizi emal edərək sentyabrın ortalarına kimi tam hasilatı bərpa etməyə hazırlaşır.

Anglo Asian Mining, həmçinin açıq mədənlərdəki təzə filizdən istifadə edərək, noyabr ayında flotasiya zavodunu yenidən işə salmağı planlaşdırır.

Gilar mədənində faydalı qazıntılar hasilatı dekabrda, hər tondan 1,6 qram qızıl və 2% mis olmaqla 35 000-40 000 ton filiz hasilatı ilə başlanmalıdır.

Gilar filizinin emalı ilkin filiz emalını və sonra tullantıların flotasiyası ilə misi bərpa etmək üçün qarışdırılmış süzülmə qurğusunun yenidən qurulmasını əhatə edəcək.

Anglo Asian Mining-in icraçı direktoru Reza Vəziri şirkətin tam istehsala qayıdacağı ilə bağlı nikbin olduğunu söyləyib.

"Normal fəaliyyətin bərpası ilə 15 000-dən 19 500-ə qədər GEO ilə bağlı proqnoz təqdim etməkdən məmnunuq. Tullantı anbarının tikintisi uğurla davam edir və biz birinci mərhələni yaxın aylarda başa çatdırmağı nəzərdə tuturuq”, -  Vəziri bildirib.

Vəziri əlavə etdi ki, Anglo Asian Mining diqqətini hələ də öz strateji artım planını yerinə yetirməyə və orta səviyyəli mis istehsalçısı olmağa yönəldib.
Şirkətin hasilat proqnozu 2024-cü ilin qalan ayları üçün qızılın unsiya üçün 2500 dollar və misin bir ton üçün 8900 dollar qiymətinə əsaslanır.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:08
Avro və rubl bahalaşıb - məzənnə
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol