• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Yaponiyada qasırğa nəticəsində milyonlarla insan təxliyə edilib

Yaponiyada qasırğa nəticəsində milyonlarla insan təxliyə edilib
29.08.2024 23:23
Bu gün Yaponiyanın cənub-qərbinə güclü külək və leysan yağışı gətirən "Şanşan” qasırğası üz verib.

Hakimiyyət orqanlarının məlumatına görə, bütün ölkə üzrə 5,2 milyondan çox insan təxliyə ilə bağlı bildiriş alıb. Təbii fəlakət nəticəsində elektrik enerjisi kəsilib, uçuşlar dayandırılıb, "Toyota Motor”, "Honda” kimi iri müəssisələr bağlanıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, bölgədə indiyə qədər baş verən ən şiddətli fırtınalardan biri nəticəsində ən azı üç nəfər həlak olub, bir nəfər itkin düşüb, 45 nəfər yaralanıb.

Meteorologiya agentliyinin məlumatına görə, sürəti saniyədə 50 metrə çatan tayfun saatda təxminən 15 kilometr sürətlə şimala doğru irəliləyərək, saat 13:45-də (GMT 0445) Naqasaki prefekturasının Unzen şəhəri yaxınlığından keçib.

"Kyushu Electric Power Co” şirkətinin məlumatına görə, yeddi prefekturada 230 minə yaxın ev təsərrüfatı günün ikinci yarısında işıqsız qalıb. Meteoroloji agentlik fırtınanın yaxın bir neçə gün ərzində Kyusü adasında baş verəcəyini, həftəsonuna qədər isə paytaxt Tokio da daxil olmaqla mərkəzi və şərq bölgələrə yaxınlaşacağının gözlənildiyini bildirib.

"ANA Holdings” və "Japan Airlines” aviaşirkətləri artıq 800-ə yaxın reysin ləğv edildiyini açıqlayıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, adanın bir çox bölgələrində qatarların hərəkəti, yüzlərlə avtobus və bərə reysləri dayandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İspaniyada üçgünlük matəm elan edilib
Dünya 20:05
İspaniyada üçgünlük matəm elan edilib
İranda internet bu tarixədək bərpa olunacaq
Dünya 18:56
İranda internet bu tarixədək bərpa olunacaq
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Çində əhali dördünücü ildir ki, azalmağa davam edir
Dünya 10:52
Çində əhali dördünücü ildir ki, azalmağa davam edir
İspaniyada qatar qəzasında 10 nəfər ölüb, onlarla insan yaralanıb
Dünya 08:05
İspaniyada qatar qəzasında 10 nəfər ölüb, onlarla insan yaralanıb
Türkiyə XİN Suriyadakı atəşkəslə bağlı bəyanat yayıb
Dünya 23:36
Türkiyə XİN Suriyadakı atəşkəslə bağlı bəyanat yayıb
Xameneiyə qarşı hücum İran millətinə qarşı tammiqyaslı müharibədir - Pezeşkian
Dünya 23:15
Xameneiyə qarşı hücum İran millətinə qarşı tammiqyaslı müharibədir - Pezeşkian
Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəlib
Dünya 20:23
Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəlib
Hələb aeroportu fəaliyyətini bərpa edəcək
Dünya 19:23
Hələb aeroportu fəaliyyətini bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol