• $
  • £

DİM kolleclərin boş qalan yerlərinə qəbul elan edib

DİM kolleclərin boş qalan yerlərinə qəbul elan edib
30.08.2024 09:31
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 30-dan sentyabrın 3-dək ixtisas seçimi elan edir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul” alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə)” və "Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2024-cü il avqustun 30-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), eləcə də kitab mağazalarından almaq mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pirşağıda bu gün elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:28
Pirşağıda bu gün elektrik enerjisi olmayacaq
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol