• $
  • £

Auditorlar Palatasının mənfəəti azalıb

Auditorlar Palatasının mənfəəti azalıb
30.08.2024 17:51
Auditorlar Palatası 2023-cü ildə 2022-ci il ilə müqayisədə 54,3% az mənfəət əldə edib.Palatanın ümumi mənfəəti 0,16 milyon manat təşkil edib. Bu barədə Auditorlar Platasının  2023-cü ilin yekunları ilə bağlı açıqladığı maliyyə hesabatında bildirilib. 

Hesabat dövründə qurum 1,33 milyon manat gəlir əldə edib.
 
Onun xərcləri isə  1,17 milyon manat olub.
 
Bu ilin əvvəlinə Auditorlar Palatasının aktivləri ötən ilin əvvəlinə nisbətən 13,2% artaraq 1,24 milyon manat təşkil edib.
 
Qurumun  öhdəlikləri 8,7% azalaraq 0,02 milyon  manat, balans kapitalı isə 13,9% artaraq 1,22 milyon manat olub.
 
Azərbaycan Respublikası Auditorlar Palatası Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq , dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılıb. 
 
Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır.
 
Palata 1996-cı ilin aprelindən fəaliyyət göstərir.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol