• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi müzakirə olunub

Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi müzakirə olunub
02.09.2024 19:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin növbədənkənar seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.
 
Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol