• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Olimpiadaya gedəcək idmançımız heyətdən kənarlaşdırıldı

Olimpiadaya gedəcək idmançımız heyətdən kənarlaşdırıldı
05.02.2014 20:46
2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməli olan Sedrik Nots heyətdən kənarlaşdırılıb.Lent.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.Hüseynzadənin sözlərinə görə, səbəb Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tələbləri olub. Həmin tələblərə əsasən, olimpiadada dağ xizəkçiliyinin slalom növündə eyni ölkəni 2 idmançı təmsil edə bilməz. Azərbaycan təmsilçilərindən isə bu növ üzrə kişilərin mübarizəsində Patrik Braxner də mübarizə aparmalıdır. İOC-un tələbinə əsasən, 2 dağ xizəkçisi arasında seçim aparılıb və Soçiyə Braxnerin yollanması daha məqsədəuyğun sayılıb.Dağ xizəkçiliyi növündə qadınların mübarizəsinə isə Qaya Bassani Antivari qatılacaq. Beləliklə, XXII Qış Olimpiya Oyunlarında ölkəmizi 5 yox, 4 idmançı təmsil edəcək. Braxner və Antivaridən əlavə, fiqurlu konkisürmə növündə Aleksey Sitnikov – Yuliya Zlobina dueti də mübarizə aparacaq.  Qeyd edək ki, Sedrik Nots İsveçrədə doğulsa da, Bakıda çalışıb. 40 yaşlı dağ xizəkçisi 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında da yer alıb. O, nəhəng slalom növündə 72-ci yeri tutub, slalomda isə finişə çata bilməyib.22 yaşlı Patrik Braxner Avstriyada doğulub və 2010-2011-ci il mövsümündə Azərbaycanı təmsil etməyə başlayıb. O, ötən ilin fevralında dünya çempionatında slalom üzrə 37-ci yeri tutaraq, Soçi olimpiadasına ilk lisenziyanı qazanıb.Qaya Bassani Antivariyə gəldikdə, 36 yaşlı italiyalı legioner 2010-cu il Vankuver olimpiadasında nəhəng slalom yarışlarında 57-ci olub, slalom növündə isə finişə çata bilməyib.Fiqurlu konkisürmənin rəqs proqramında yer alan rusiyalı Aleksey Sitnikov – Yuliya Zlobina dueti isə 2010-cu ildən Azərbaycanı təmsil edirlər. Onlar 2013-cü ilin martında keçirilmiş dünya çempionatında Soçi olimpiadasına lisenziya qazanıblar. Ötən ilin dekabrında isə 28 yaşlı Sitnikovla 25 yaşlı Zlobinadan ibarət cütlük Qış Universiadasında gümüş medala sahib olub. Olimpiadada məhz bu duetin yüksək yerlər uğrunda mübarizə aparacağına daha böyük ümid bəslənilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol