• $
  • £

KTMT təlimləri Qırğızıstanda davam edəcək

KTMT təlimləri Qırğızıstanda davam edəcək
04.09.2024 10:31
KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024”, "Axtarış-2024” və "Eşelon-2024” təlimlərinin iştirakçıları Qırğızıstana yollanır. Bu barədə TASS-a KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.

"Sentyabrın 3-dən 6-dək KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024” Kollektiv Çevik Reaksiya Qüvvələri (CRRF) ilə komanda qərargah təlimi, "Axtarış-2024” və "Eşelon-2024” xüsusi təlimlərinin iştirakçıları yenidən qruplaşırlar. Qırğızıstan Respublikasının qoşun kontingentləri (Kollektiv qüvvələr) plana uyğun olaraq Belarus Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Tacikistan Respublikasından təlimlərin keçirildiyi ərazilərə göndərilir”, - deyə o qeyd edib.

KTMT-nin Birgə Qərargahının mətbuat xidmətinin məlumatına görə, Qırğızıstan ərazisində KTMT Kollektiv Qüvvələrinin müxtəlif komponentlərinin hazırlığını birləşdirən təlimlər keçirilir.
 
Avqustun 14-də Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" xüsusi hərbi təliminin açılış mərasimi başlayıb.
 
Təlimlərdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın maraqlı nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər.
 
Bundan əvvəl Ermənistanın hərbi təlimlərdə iştirak etməyəcəyi bildirilib. 

 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol