• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Olimpiyaçılar bayrağımızı tərs tutdular - FOTO

Olimpiyaçılar bayrağımızı tərs tutdular - FOTO
05.02.2014 18:28
Sosial şəbəkələrdə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların fotosu yayımlanıb.Lent.az xəbər verir ki, həmin görüntüdə yığma üzvlərinin üçrəngli bayrağı tərsinə tutduqları diqqətdən yayınmır.Bu məqamda xatırladaq ki, XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva, yığmamızın bayraqdarı isə Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyevdir.Məsələyə münasibət bildirən Könül Nurullayeva bildirib ki, şəkil çəkilən ərəfədə başları Soçidəki Olimpiya Kəndində bayrağımızın qaldırılma mərasiminə qarışıb. Bu səbəbdən, idmançılarımıza verilən bayrağın rənglərinə nəzər yetirmək imkanı olmayıb:“Əgər belə bir şey olubsa, yaxşı hal deyil. Başımız mərasimə qarışıq olduğundan, idmançılarımıza verilən bayrağa fikir verə bilməmişəm. Olimpiyaçılarımızın hamısı legioner olsa da, bayrağımızdakı rənglərin yerlərini gözəl bilirlər. Sadəcə, ola bilsin, Olimpiya Kəndində çalışan volontyorlar bayrağı milə tərsinə keçiriblər və idmançılar da buna diqqət yetirməyiblər”.Qeyd edək ki, təmsilçilərimizdən heç biri milliyyətcə azərbaycanlı deyil. Şəkil isə Soçidə çəkilib. 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol