• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Tokayev sülh sənədi imzalamaq üçün Əliyevə Almatı platformasını təklif edib

Tokayev sülh sənədi imzalamaq üçün Əliyevə Almatı platformasını təklif edib
09.09.2024 17:09
Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib. Bu barədə Qazaxıstan mətbuatı Tokayevlə İlham Əliyevin danışığına istinadla yazıb. 
 
"Dövlət başçısı Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, - mətbuat xidməti qeyd edib.

Tokayev Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarına nümayəndəli idman nümayəndə heyətini göndərdiyinə görə Əliyevə təşəkkür edib.

Mayın 10-da Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ölkələr arasında sülh sazişinin əldə olunması yollarını müəyyən etmək üçün danışıqlar aparıblar.
 
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bəyan edib ki, Ermənistan artıq sülh sənədini Azərbaycan tərəfinə göndərib. Nazir bildirib ki, sənəddə qeyd olunan bəndlər üzrə razılaşmalar əldə olunub. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Mətbuatda Kazanda keçiriləcək BRİKS sammitində İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi ilə bağlı məlumatlar da yayılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol