Rusiyanın BRİKS-də əsas tərəfdaşı kimdir?
2024-cü ilin birinci yarısında Moskvanın BRİKS ölkələri ilə ticarət dövriyyəsi 15% artıb, 70%-dən çoxu Çinə gedib. Bu barədə Ria Novosti Moskva merinin müavini Maksim Liksutova istinadla yazıb.
Paytaxt BRİKS ölkələri ilə ümumrusiya ticarət dövriyyəsinin 40%-dən çoxunu təmin edir.
"Mer Sergey Sobyaninin sərəncamı ilə həyata keçirilən sənaye ixracının dəstəklənməsi tədbirləri sayəsində şəhər müəssisələri maşınqayırma məhsulları, metal emalı məhsulları, əczaçılıq və kosmetika, eləcə də kənd təsərrüfatı məhsullarının ixracını artırır", - Liksutov qeyd edib.
İnvestisiya və sənaye siyasəti departamentinin rəhbəri Anatoli Qarbuzovun sözlərinə görə, Moskvanın BRİKS-ə qeyri-resurs, qeyri-enerji ixracının 56%-i sənaye mallarıdır. Yüksək texnoloji avadanlıqlara və kimya məhsullarına xüsusi tələbat var. BRİKS ölkələrinə ərzaq məhsullarının ixracı ilin birinci yarısında 50% artıb.
Bundan əvvəl məlum olub ki, Türkiyə BRİCS-ə tamhüquqlu üzv olmaq üçün ərizə verib və assosiasiya ölkələrinin bu müraciətə baxacağı bildirilib. Avqustda Azərbaycan da analoji ərizə ilə müraciət edib. Bir neçə gün öncə Ermənistanın da bu samitdə iştirak edəcəyi təsdiqlənib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox