• $
  • £

HƏMAS götürdüyü girovlar İsrailin zərbəsi nəticəsində ölüb

HƏMAS götürdüyü girovlar İsrailin  zərbəsi nəticəsində ölüb
10.09.2024 10:43
Oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən və cəsədləri 2023-cü ilin dekabrında Qəzza zolağında tapılan girovlar Nik Beiser, Ron Şerman və Elia Toledano İsrailin hücumu nəticəsində həlak olublar. Bu barədə İTV Kanal 12 məlumat yayıb.

Məlumata görə,  noyabrın 24-də İsrail HƏMAS-ın yüksək rütbəli komandiri, Şimali Qəzza briqadasının rəhbəri Əhməd Andorun ölümünə səbəb olan zərbə endirib.
 
Lakin ordu həmin an yaraqlının yanında israilli girovların olduğunu bilməyib. NəticədəAndor ilə bərabər onlar ölüblər.
 
Onların cəsədləri 2023-cü il dekabrın ortalarında İsrail əsgərləri  tərəfindən tuneldə aşkar edilib. Bundan sonra ordu onların ölüm şəraiti ilə bağlı araşdırmaya başlayıb.
 
2024-cü ilin yanvarında girovların İsrailin hücumu nəticəsində ölmüş ola biləcəyinə dair məlumatlar yayılmağa başlayıb. İsrail ordusu bunu rəsmən təsdiqləməyib və onların ölüm səbəbini dəqiq müəyyən etməyin mümkün olmadığını bildirib.
 
2024-cü ilin mayında əlavə məhkəmə ekspertizalarının nəticələri açıqlanıb. Onlardan məlum olub ki, İsrail ordusunun  hücumu nəticəsində üç girov ölüb.

2024-cü ilin avqustunda ordu nümayəndələri həlak olanların ailələrinə baş çəkərək bu tapıntıları onlara təqdim ediblər.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Ərdoğan və Şahbaz Şərifİrandakı atəşkəs prosesini müzakirə ediblər
Dünya 21:22
Ərdoğan və Şahbaz Şərifİrandakı atəşkəs prosesini müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol