• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Rus bölməsində oxuyan şagirdlər öz tarixini ana dilində öyrənməlidir - Əmrullayev

Rus bölməsində oxuyan şagirdlər öz tarixini ana dilində öyrənməlidir - Əmrullayev
10.09.2024 15:11
Azərbaycanda rus bölməsində təhsil alan şagirdlər öz tarixi Azərbaycan dilində oxumalıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 
 
"Rus bölməsində oxuyan hər bir şagird Azərbaycan dilini bilməlidir. Elə etməliyik ki, ana dilini anlayıb danışa bilsinlər. Rus bölməsində tarixin Azərbaycan dilində salınması məntiqi də budur ki, şagirdlər öz tarixini öz dilində oxusun. Burada xüsusi məntiq axtarmağa ehtiyac yoxdur. İkinci də şagirdlər məktəblərdə Azərbaycan dili fənni keçirlər. Onların bu dillə bağlı biliyi olmalıdır. Dəfələrlə demişəm ki, şagirdlər rus bölməsində oxuya bilər, amma Azərbaycan dil bilikləri yüksək olmalıdır", - nazir jurnalistlərə açıqlamasında deyib.  
 
 
2022-2023-cü tədris ilindən başlayaraq Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində "Azərbaycan tarixi” fənninin dövlət dilində tədris olunmasına qərar verilib.  

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, ötən tədris ilində ölkənin yalnız 20 ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində "Azərbaycan tarixi” fənni dövlət dilində tədris ediləcək. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək. 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol