• $
  • £

Durov fransalı prokurorların sorğularını cavabsız qoyduğu üçün həbs edilibmiş

Durov fransalı prokurorların sorğularını cavabsız qoyduğu üçün həbs edilibmiş
11.09.2024 14:43
Telegram-ın qurucusu Pavel Durov messencer fransızların sorğularına cavab vermədiyi üçün həbs edilib. Bunu Paris prokuroru Laure Becon bildirib.

O həmçinin bu işlə bağlı dünyada mütəşəkkil cinayətkarlığın inkişaf etdiyini göstərmək istəyi olduğunu deyib.

"Durova qarşı birbaşa istintaqın açılması qərarı Telegram-ın fransız müstəntiqlərinin sorğularına cavab verməməsi, həmçinin mütəşəkkil cinayətkarlığın tez-tez virtual sayılan dünyada inkişaf etdiyini göstərmək istəyi ilə əlaqədar olub" , -Beko RTL radiosunda deyib:

Bundan əvvəl fransalı kriminal hüquqşünas David Libeskind bildirmişdi ki, Pavel Durov məhkəmə nəzarəti şərtlərini yumşaltmağa, həmçinin Fransanı tərk etməyə icazə ala bilər. Xaricdə uşaqların olmasını və mümkün təcili ailə vəziyyətini nəzərə alaraq bunu etmək hüququna malikdir. 

Şərtlərin dəyişdirilməsi tələbinin məhkəmə baxışına başlandıqdan təxminən 8-12 ay sonra verilə biləcəyi gözlənilir.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə  Azərbaycandan uçub. 

Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
 
Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.
 
Hazırda telegramın yaradıcısı şərti azadlıqdadır. 
 

Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Ərdoğan və Şahbaz Şərifİrandakı atəşkəs prosesini müzakirə ediblər
Dünya 21:22
Ərdoğan və Şahbaz Şərifİrandakı atəşkəs prosesini müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol