• $
  • £

Zaxarova Ermənistan spikerini tənqid edib

Zaxarova Ermənistan spikerini tənqid edib
11.09.2024 17:53
 Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsi zərurətini nəzərdən keçirmək lazımdır deyərkən  "ölkəsinin baş nazirinin bəyanatlarını diqqətsiz izlədiyini sübut edib”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusunu tənzimləyən əsas sənəd qeyri-müəyyən xarakter daşıyır.

"30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun aktuallığını, xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla özlərini dəfələrlə təsdiqləyiblər”, -  o qeyd edib.
 
Zaxarovanın fikrincə, sərhədçilərin Ermənistan ərazisindən çıxması respublikanın təhlükəsizliyinə mənfi təsir göstərəcək.

Zaxarova həmçinin bildirib ki, Ermənistan parlamentinin spikeri "belə məsələləri müzakirə edəcək qədər səriştəli deyil”.
 
Onun sözlərinə görə, "bu məsələdə biz Ermənistanın sərhədini həqiqətən qoruyanlara səs verməli və  rahat kreslolarda oturmamalıyıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Ərdoğan və Şahbaz Şərifİrandakı atəşkəs prosesini müzakirə ediblər
Dünya 21:22
Ərdoğan və Şahbaz Şərifİrandakı atəşkəs prosesini müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol