• $
  • £

Britaniya Ukraynaya yeni yardım paketi ayırıb

Britaniya Ukraynaya yeni yardım paketi ayırıb
11.09.2024 21:00
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynaya 780 milyon ABŞ dollarından çox məbləğdə yeni yardım paketi ayrılacağını açıqlayıb.Bu barədə Ukrayna KİV Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır. 600 milyon funt sterlinqdən (780 milyon ABŞ dolları) artıq dəstək öhdəliyimiz Ukraynaya davam edən dəstəyimizin sonuncu nümunəsidir. Bu, Rusiyanın amansız hücumlarına dözməkdə davam edən ukraynalılara həyati dəstək verəcək”, - Lemmi deyib.

Britaniyanın Ukraynaya yardımının 310 milyon dolları humanitar ehtiyaclar üçün nəzərdə tutulubsa, 484 milyon dollar kredit zəmanəti şəklində olacaq. Kredit zəmanəti məktəblər və xəstəxanalara dəstək, dövlət qulluqçularının maaşları və pensiyaların maliyyələşdirilməsi də daxil olmaqla həyati vacib dövlət xidmətlərini dəstəkləmək üçün Dünya Bankı tərəfindən təqdim olunacaq.

Böyük Britaniyanın müdafiə naziri Con Hili isə bu gün yüzlərlə əlavə hava hücumundan müdafiə raketinin, on minlərlə əlavə artilleriya sursatının və daha çox zirehli texnikanın bu ilin sonuna qədər Ukraynaya çatdırılacağını açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol