Tacikistanın baş müftisi sui-qəsdə məruz qalıb
Tacikistan Üləmalar Şurasının sədri Səidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb, cinayətkar saxlanılıb.Bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
"Bu gün saat 17:20-də Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında namazdan sonra bir nəfər Tacikistan Üləmalar Şurasının sədri Səidmükərram Abdulkodirzodanı kəsizi alətlə yaralayıb.”, - deyə məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər