• $
  • £

Vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib

Vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib
12.09.2024 19:24
Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib.Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında deyilir.

Bakı şəhərində yerləşən "Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilib.

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun davranışına hüquqi qiymət veriləcək.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Xəzər dənizində zəlzələ qeydə alınıb
Cəmiyyət 23:13
Xəzər dənizində zəlzələ qeydə alınıb
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Cəmiyyət 22:00
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Salyanda avtomobillər toqquşub, yaralılar var
Cəmiyyət 21:04
Salyanda avtomobillər toqquşub, yaralılar var
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Cəmiyyət 21:00
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Cəmiyyət 20:30
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Nazir Adil Kərimlidən yeni təyinat
Cəmiyyət 20:00
Nazir Adil Kərimlidən yeni təyinat
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Cəmiyyət 18:30
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol