• $
  • £

Ukrayna Putinə görə Monqolustana demarş elan edib

Ukrayna Putinə görə Monqolustana demarş elan edib
12.09.2024 21:08
Ukrayna Xarici İşlər Nazirliyi Monqolustana qarşı demarş elan etmək qərarına gəlib.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs edilməməsi ilə bağlı verilib.

"Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını icra etməkdən imtina etməsindən Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”, - bəyanatda bildirilir.

Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq.

Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.

Qeyd edək ki, Rusiya lideri sentyabrın 2-si Ulan-Batora gedib. Belə ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olub. 

2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməli idi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol