• $
  • £

COVID19-nun yeni vairantı bir neçə aya sürətlə yayılacaq - Amerikalı alim

COVID19-nun yeni vairantı bir neçə aya sürətlə yayılacaq - Amerikalı alim
17.09.2024 12:07
Koronavirusun yeni variantı XEC bütün dünyaya yayılır. Bu barədə amerikalı alim, Skripps Araşdırma İnstitutunun direktoru Erik Topol məlumat paylaşıb. 
 
COVID19-un yeni variantı ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib. Bundan sonra XEC Böyük Britaniya ,ABŞ, Danimarkada qeydə alınıb. 
 
Amerikalı alim yazır ki, XEC-in yayılması yeni başlayır və bir neçə aya öz dalğasını yaradacaq. 

Genetika İnstitutunun rəhbəri professor Fransua Balunun proqnozlarına görə, XEC gələn qışda Covid-19-un əsas variantına çevrilə bilər.

Simptomlar hansılardır

Covid-in yeni variantının simptomları artıq məlum olan növlərdə qeydə alınanlardan fərqlənmir. Bunlara yüksək temperatur, bədənin müxtəlif yerlərində ağrı, yorğunluq, öskürək və ya boğaz ağrısı daxildir.

Əksər insanlar Covid-dən bir neçə həftə ərzində sağalırlar, lakin bəziləri üçün xəstəlik daha uzun sürür.

Ümümdünya Səhiyyə Təşkilatının açıqlamarına görə, iyunun sonuna qədər dünyada 775 milyondan çox şəxs koronavirusa yoluxub. Onların 7 milyondan çoxu ölüb.  
 
Bir müddət öncə Rusiya, Gürcüstanda və Ermənistanda, eləcə də Avropanın bəzi ölkələrində koronavirusa yoluxma hallarının artması ilə bağlı məlumatlar paylaşılıb. 
 
Hazırda Azərbaycanda COVID19-la bağlı xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol