• $
  • £

Rusiya nüvə sınaqlarına hazırlaşır

Rusiya nüvə sınaqlarına hazırlaşır
17.09.2024 12:49
Rusiya Federasiyasının Arxangelsk vilayətindəki Novaya Zemlya arxipelaqındakı mərkəzi poliqon zərurət yaranarsa, nüvə sınaqlarını bərpa etməyə hazırdır. Bu barədə poliqonun rəhbəri Andrey Sinitsin "Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.


"Sınaq sahəsi tam miqyaslı sınaq fəaliyyətlərini bərpa etməyə hazırdır. Tam hazırdır. Laboratoriya sınaq qurğusu hazırdır. Heyət hazırdır. Komanda gəlsə, istənilən vaxt sınaqlara başlaya bilərik”, - Sinitsin deyib. 

Onun sözlərinə görə, poliqonda potensial dron hücumlarını dəf etmək üçün müntəzəm təlimlər keçirilir və obyektin özü elektron döyüş sistemləri ilə əhatə olunub.

" Təxribat və kəşfiyyat qruplarının adaya daxil olması qarışıq  hər cür təhdidləri dəf etməyə daim hazırıq”, - o bildirib. 

Keçən şənbə Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı Andrey Kolesnik bu cür silahların yaratdığı təhlükəni dünyaya xatırlatmaq üçün Rusiya poliqonunda nüvə bombası partlatmağı təklif edib.

Sentyabrın 17-də "Novaya Zemlya"da sınaq poliqonunun yaranmasının 70 illiyi tamam olub.
 
Orada, 1954-cü ildən 1990-cı ilə qədər yüzdən çox nüvə sınağı aparılıb ki, bu da SSRİ tərəfindən həyata keçirilən bütün nüvə partlayışlarının gücünün 94% -i təşkil edir. Söhbət atmosfer, yeraltı, sualtı, yerüstü partlayışlardan gedir.

SSRİ dağılandan sonra Rusiya nüvə sınaqları keçirməyib.
 
Poliqonda qeyri-nüvə partlayıcı təcrübələr, perspektivli silah və hərbi texnikanın sınaqları təşkil edilir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol