• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycanda tükənməyən enerji axtarılır

Azərbaycanda tükənməyən enerji axtarılır
04.02.2014 11:00
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Geologiya İnstitutu termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır. AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, tədqiqatlar "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə uyğun qaydada aparılır. Əsas məqsədin tükənməyən enerji əldə etmək olduğu bildirilir. İşlər institutun Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir. O, qeyd edib ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir:“Bu ocaqların yeri dəqiqləşdirilərsə quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaq”.Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır.“Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyavi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər. Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir. Həmçinin, yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol