• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Sumqayıtda şagirdlərin zəhərlənməsi ilə bağlı açıqlama

Sumqayıtda şagirdlərin zəhərlənməsi ilə bağlı açıqlama
24.09.2024 20:23
Abşeron-Xızı Regional Təhsil İdarəsi dezinfeksiya tədbirlərindən sonra Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbin 6-cı sinifində təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
Qurumdan verilən məlumata görə, həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib:

"Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.

Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo"ya bildirilib ki, azyaşlılara dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu qoyulub:

"23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub”.

Tibbi Mərkəzdən isə azyaşlıların evə buraxıldığı bildirilib:

"KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol