• $ 1.7
  • € 1.9829
  • ₽ 0.021086
  • ₺ 0.0413
  • £ 2.2954

Dövlət Xidmətinin bölmə rəisi həbs olunub

Dövlət Xidmətinin bölmə rəisi həbs olunub
27.09.2024 19:09
Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək:

"Bundan başqa, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Abşeronda havada tozun miqdarı normadan 2 dəfə artıqdır
Cəmiyyət 20:00
Bakı və Abşeronda havada tozun miqdarı normadan 2 dəfə artıqdır
Binə qəsəbəsində istixana yanır
Cəmiyyət 19:50
Binə qəsəbəsində istixana yanır
Bərdə də avtomobil yanıb
Cəmiyyət 19:16
Bərdə də avtomobil yanıb
Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər
Cəmiyyət 18:42
Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər
MEDİA ilə “Sinxua” arasında Anlaşma Memorandumu imzalanıb
Cəmiyyət 16:10
MEDİA ilə “Sinxua” arasında Anlaşma Memorandumu imzalanıb
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 15:45
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sanahın hava proqnozu
Cəmiyyət 12:50
Sanahın hava proqnozu
Salyanda maşın kanala aşıb,ölən və xəsarət alanlar var
Cəmiyyət 12:26
Salyanda maşın kanala aşıb,ölən və xəsarət alanlar var
Ucarda yol qəzası olub,ölənlər var
Cəmiyyət 10:00
Ucarda yol qəzası olub,ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol