• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır

Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır
29.09.2024 19:10
2024-cü il yanvarın 1-dən sentyabrın 22-dək Afrikada 31,427 şübhəli və ya təsdiqlənmiş meymunçiçəyi xəstəsi, bu xəstəlikdən 844 ölüm halı müəyyən edilib.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Sentyabrın 16-dan 22-dək yoluxma sayı 2 085 nəfər artıb, o cümlədən 34 nəfər ölüb. Həftə ərzində 402 yoluxma faktı laboratoriyada təsdiqini tapıb.

İlin əvvəlindən epidemiyanın episentri olan Konqo Demokratik Respublikasında meymunçiçəyi virusuna 27,103 şübhəli və ya təsdiqlənmiş yoluxma müəyyən edilib, 838 xəstə dünyasını dəyişib.
Ümumilikdə, 2022-ci il yanvarın 1-dən 2024-cü il avqustun 31-dək 123 ölkədə 106 310 təsdiqlənmiş meymunçiçəyi hadisəsi, o cümlədən 234 ölüm halı qeydə alınıb.

Virusun yayılması Ümumdünya Səhiyyə Təşkilatını ən yüksək xəbərdarlıq səviyyəsi olan beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (Usppi) elan etməyə vadar edib. Eyni zamanda, Konqoda ən yüksək xəbərdarlıq səviyyəsi elan olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ "Sophia" adlı daha bir tankeri ələ keçirib
Dünya 23:30
ABŞ "Sophia" adlı daha bir tankeri ələ keçirib
ABŞ Venesuela neftinin satışına başlayıb
Dünya 21:41
ABŞ Venesuela neftinin satışına başlayıb
Amsterdam hava limanında 700-dən çox uçuş ləğv edilib
Dünya 18:07
Amsterdam hava limanında 700-dən çox uçuş ləğv edilib
ABŞ Marinera tankerini ələ keçirmək əməliyyatı aparır
Dünya 17:24
ABŞ Marinera tankerini ələ keçirmək əməliyyatı aparır
ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
Dünya 14:41
ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
Dünya 14:13
İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
Venesuelada 7 günlük matəm elan olunub
Dünya 10:01
Venesuelada 7 günlük matəm elan olunub
Medvedev ABŞ-a cavab verib
Dünya 08:53
Medvedev ABŞ-a cavab verib
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Dünya 23:07
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol