• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Əliyev Paşinyanın təklifinə cavab verib

Əliyev Paşinyanın təklifinə cavab verib
14.10.2024 17:34
Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənar hesab edir. Bu barədə ölkə başçısı  Belçika Krallığının ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.
 
"Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. "Bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifi tamamilə reallıqdan kənardır", - Əliyev bildirib. 
 
Bundan əvvəl Rəsmi İrəvan COP29 iqlim konfrasına qədər Azərbaycanı sülh sənədində razılaşdırılmış bəndlər üzrə müqavilə imzalamaya dəvət etdiyini açıqlayıb. 
 
Nikol Paşinyan təklif edib ki, sənəd üzərində razılaşdırılmış bəndlər üzərinə müqavilə bağlana bilər. 
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti Milli Məclisində çıxışında söyləyib ki, Ermənistan sülh müqaviləsində razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb. 
 
Bundan əvvəl Əliyev vurğulayıb ki, sülh sənədi istiqamətində iki ölkə arasında 80% razılaşma əldə edilib. 
 
Bundan əvvəl Ermənistanın baş naziri açıqlama verərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır.

Aytac 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Yenilənib
Siyasət 15:16
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Yenilənib
XİN sülh müqaviləsi ilə bağlı son vəziyyəti açıqlayıb
Siyasət 17:20
XİN sülh müqaviləsi ilə bağlı son vəziyyəti açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol