• $ 1.7
  • € 1.9752
  • ₽ 0.02125
  • ₺ 0.0406
  • £ 2.2694

Bu gün DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək

Bu gün DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
27.10.2024 08:40
Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.Bu barədə DİM-dən bildirilib.
 
Bu gün, eyni zamanda, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil ediləcək.

İmtahan vermək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və Gəncə regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda keçirilir.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. İmtahana gələrkən namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanacaq
Cəmiyyət 14:34
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanacaq
Bakı üçün hər il yüzlərlə yeni avtobus alınır, Qarabağda ictimai nəqliyyat sistemi qurulur
Cəmiyyət 13:28
Bakı üçün hər il yüzlərlə yeni avtobus alınır, Qarabağda ictimai nəqliyyat sistemi qurulur
Qarabağda kəndlər sıfırdan qurulur - Xüsusi nümayəndə
Cəmiyyət 13:07
Qarabağda kəndlər sıfırdan qurulur - Xüsusi nümayəndə
Sabah leysan yağacaq
Cəmiyyət 12:37
Sabah leysan yağacaq
Yasamalda silahlı insident zamanı yaralananların son durumu açıqlanıb
Cəmiyyət 11:46
Yasamalda silahlı insident zamanı yaralananların son durumu açıqlanıb
Bu ilin 9 ayında 70 milyona yaxın tibbi xidmət göstərilib
Cəmiyyət 11:41
Bu ilin 9 ayında 70 milyona yaxın tibbi xidmət göstərilib
Bu il Ağdam, Füzuli və Xocavəndə 470 milyon manat investisiya ayrılıb – Prezidentin xüsusi nümayəndəsi
Cəmiyyət 11:13
Bu il Ağdam, Füzuli və Xocavəndə 470 milyon manat investisiya ayrılıb – Prezidentin xüsusi nümayəndəsi
Füzulidə işsizlik səviyyəsi 8%-dən aşağıdır
Cəmiyyət 10:51
Füzulidə işsizlik səviyyəsi 8%-dən aşağıdır
Noyabrda Ağdama 900 ailə köçürüləcək
Cəmiyyət 10:42
Noyabrda Ağdama 900 ailə köçürüləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol