• $
  • €
  • ₽
  • ₺
  • £

İran Türkiyə ilə birgə İsrailə silah embarqosunu müzakirə edir

İran Türkiyə ilə birgə İsrailə silah embarqosunu müzakirə edir
28.10.2024 14:02
İran Türkiyə ilə birlikdə bəzi ölkələrlə İsrailə silah embarqosu tətbiq etmək üçün danışıqları davam etdirir. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

"Biz İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində silah embarqosunun tətbiqi məsələsini müzakirəyə çıxarmışıq", - o bildirib. 

İran ümid edir ki, mümkün qədər çox ölkə bu kampaniyaya qoşulacaq və beləliklə, İsrail "qəzzə və Livanda soyqırımı davam etdirmək üçün ona ötürülən silahlardan istifadə edə bilməz”.
 
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan bildirib ki, İsrail zorakılığı ona qarşı silah embarqosu tətbiq etməklə dayandırıla bilər.
 
Fələstinin HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 250-yə yaxın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb. 
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Dünya 22:15
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Dünya 21:22
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Dünya 17:27
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
Dünya 15:30
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Dünya 14:51
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol