• $ 1.7
  • € 1.9706
  • ₽ 0.020981
  • ₺ 0.0406
  • £ 2.2699

Kadırov Çeçenistanda Ukrayna əsirlərinin öldüyünü bildirib

Kadırov Çeçenistanda Ukrayna əsirlərinin öldüyünü bildirib
30.10.2024 14:26

Qudermesdə yerləşən  Putin adına Rusiya Xüsusi Təyinatlı Universitetinə Ukrayna PUA-sının hücumu nəticəsində Ukrayna əsirləri həlak olub. Bu barədə nin öldüyü barədə Çeçenistan rəhbəri Ramzan Kadırov açıqlama verib.


"Əvvəl dediyim kimi, hücum nəticəsində bizim tərəfimizdən itki olmayıb. Amma Ukrayna əsirləri arasında itkilər var. Respublikada hər bir strateji obyektdə, o cümlədən RUS-un (Rusiya Xüsusi Təyinatlı Universitetinin) ərazisində 10-a qədər Ukrayna əsiri saxlanılır. Kiyev bizə zərər verməyə çalışaraq bu gün öz əsgərlərini qurban verib,” -  Çeçenistan rəhbəri Telegram kanalında yazıb.


Kadırov hadisənin detalları barədə məlumat verməyib. Onun sözlərinə görə, xüsusi təyinatlı universitet hücumun hədəfi olub, çünki bu mərkəz yüksək səmərəli döyüşçülər yetişdirir və bu döyüşçülər ön cəbhədə ən çətin bölgələrdə uğurla bacarıqlarını tətbiq edirlər. Çeçenistan rəhbəri bu tədris mərkəzinin məzunlarının yüzlərlə strateji əhəmiyyətli yaşayış məntəqəsi, obyekt və mövqelərin ələ keçirilməsində böyük rol oynadıqlarını bildirib. Kadırov universitetə hücumun "sərt şəkildə cavablandırılacağını” vəd edib.


PUA oktyabrın 29-da  erkən saatlarda Qudermesdəki tədris müəssisəsinə hücum edib. Nəticədə yanğın baş verib və binanın damı zədələnib. Bu, Ukrayna PUA-sının Çeçenistan ərazisinə ilk hücumu olub.  Hadisə nəticəsində itki və ya xəsarət alanlar barədə məlumat verilməyib.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
Dünya 14:21
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Ermənistanda keşişlər saxlanılıb
Dünya 13:02
Ermənistanda keşişlər saxlanılıb

Ukrayna neft terminalına zərbə endirilib
Dünya 12:33
Ukrayna neft terminalına zərbə endirilib

Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
Dünya 10:24
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib

İsrail bu gün Rəfah sərhəd-keçid məntəqəsini açacaq
Dünya 10:08
İsrail bu gün Rəfah sərhəd-keçid məntəqəsini açacaq
HƏMAS daha 4 girovun cəsədini İsrailə təhvil verib
Dünya 00:26
HƏMAS daha 4 girovun cəsədini İsrailə təhvil verib
Tramp və Kim Çen In görüşə bilər
Dünya 23:32
Tramp və Kim Çen In görüşə bilər
Kiyevdə elektrik enerjisinin verilişi dayandırılıb
Dünya 22:20
Kiyevdə elektrik enerjisinin verilişi dayandırılıb
Türkiyədə zəlzələ baş verib
Dünya 22:16
Türkiyədə zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol