• $
  • £

İran-Ermənistan əlaqələrinə etiraz edən azərbaycanlı azadlığa çıxdı

İran-Ermənistan əlaqələrinə etiraz edən azərbaycanlı azadlığa çıxdı
29.05.2020 04:20
İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz etdiyinə görə həbs cəzasına məhkum olunmuş tanınmış azərbaycanlı din xadimi azadlığa çıxıb.APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, höccətülislam Əbdüləziz Əzimi Qədim yanvarın 29-da həbs cəzasını tamamladıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Qeyd edək ki, Ə. Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O, daha sonra - 2013-cü il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Ə. Qədim din xadimi olduğundan, onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ə. Qədim vəkillə təmin edilməyib. Azərbaycanlı din xadimi 7 ay 1 gün azadlıqdan məhrum edilib. Azərbaycanlı din xadimi 2013-cü il sentyabrın 18-də həbs cəzasını çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. O, əvvəllər də həbs edilib, “Amnesty İnternational” Təşkilatı onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 16:23
İlham Əliyev Tokayevi təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 10:41
Prezident sərəncam imzalayıb
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Siyasət 23:19
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol