• $
  • €
  • ₽
  • ₺
  • £

“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqlayıb

“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqlayıb
31.10.2024 18:20
2024-cü ilin iyul, avqust, sentyabr ayları ərzində "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) ümumilikdə 481 müraciət daxil olub.
 
Xidmətin təqdim etdiyi hesabata əsasən, müraciətlərin 138-i hüquqi məsələlər, 63-ü psixoloji dəstək, 41-i sosial çətinliklər, 38-i təhsil problemləri, 5-i isə səhiyyə sahəsinə aid olub. Digər kateqoriyaya daxil olan və naməlum zənglərin sayı 196 təşkil edib.

18 yaşdan yuxarı olan şəxslər tərəfindən edilən müraciətlərin sayı 396, 18 yaşdan aşağı uşaqlardan daxil olan müraciətlərin sayı 39, naməlum zənglərin sayı isə 46-dır. Müraciətlərin 271-i qız, 164-ü oğlan tərəfindən, 46-sı anonim şəkildə edilib.

Daxil olan müraciətlərlə bağlı bir sıra vacib tədbirlər görülüb. Hesabat dövrü ərzində 38 ailə ilə görüş təşkil edilib, hüquqi dəstək göstərilib, 50 sosial-psixoloji reabilitasiya işi aparılıb. Bununla yanaşı, 10 ailəyə və 3 məktəbə təcili səfərlər təşkil olunub.

"Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlar və onların ailələrinin üzləşdiyi müxtəlif problemlərin həllinə ixtisaslaşmış yardım göstərməkdir. Xidmət uşaqların təhlükəsizliyinin və rifahının qorunması üçün daima fəaliyyətini genişləndirir.

"Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), Facebook və Instagram sosial şəbəkələri, "uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol