• $
  • £

Azərbaycan islam istiqrazları buraxmaq niyyətindədir - Taleh Kazımov

Azərbaycan islam istiqrazları buraxmaq niyyətindədir -  Taleh Kazımov
01.11.2024 16:29
Azərbaycan Mərkəzi Bankı  islam istiqrazları olan Sukukların bazara buraxılması üzərində işləyir və artıq bununla bağlı qanunverici baza üzrəində iş gedir. Bu barədə Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin ean edilməsinə həsr olunan mətbuat konfransında bildirib. 
 
"Hazırda biz bazarı öyrənirik. Birinci islam istiqrazları olan sukuk buraxmağı düşünürüq. Hiss edirik ki, bazarda bu məhsula ehtiyac ola bilər. Maliyyə sektorunda faizsiz məhsullara ehtiyac duyulur. Buna tam əmin olmaq üçün bazarı öyrənirik", - Kazımov bildirib. 
 
Onun sözlərinə görə, Azərbaycan banklarından biri İslam İnkişaf Bankından bu məqsədlə vəsait alıb. 
 
"Əgər maliyyə sektorunda apardığımız nəticələr  müsbət olsa əvvəlcə "bir pəncərə" sistemini, sonra isə islam bankçılığını başlatmaq niyyətindəyik. Hələlik isə sukukdan başlayırıq", - Kzımov deyib. 
 
Onun sözlərinə görə, islam bankçılığı üçün yeni hüquqi bazanın yaradılması 3-4 il vaxt tələb edəcək. 
 
"Məqsəd maliyyə xidmətlərinə əhalinin çıxışını artırmaqdır",  -  idarə heyətinin sədri əlavə edib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol