• $
  • £

Bayden İrana qarşı sanksiyaların müddətini uzadıb

Bayden İrana qarşı sanksiyaların müddətini uzadıb
02.11.2024 09:54
ABŞ Prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyətin bir il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.Bu barədə Ağ Ev yaydığı bəyanat yayıb.

"Baydenin vurğuladığı kimi, ABŞ İranla münasibətləri hələ də normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların icrası prosesi davam edir”, - deyə bəyanatda bildirilir.

Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Razılaşma 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini müəyyən edir.

"Bu səbəblə 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət, eləcə də bu fövqəladə vəziyyətə qarşı mübarizə üçün o zaman tətbiq edilmiş tədbirlər 2024-cü il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır”, - bəyanatda deyilir.

Qeyd edək ki, 14 noyabr 1979-cu ildə ABŞ-nin 39-cu Prezidenti Cimmi Karter Tehranda amerikalıların girov götürülməsinə cavab olaraq 12170 saylı fərman imzalayıb.

Fərmanla ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dəki bütün rəsmi holdinqlərini, o cümlədən ABŞ banklarındakı hesabları və onların xarici şöbə və filiallarını bloklamaq əmri verilib.

Beləliklə 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-dən İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edib. Daha sonra İrandan ABŞ-a hər hansı mal idxalına embarqo və amerikalıların İrana səfərinə qadağa qoyulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol