• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb

“Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb
02.11.2024 12:20

"Azercell” "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb.

Mükafat Azərbaycanda ilk "Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı ilə keçirilən "COP29 Human Capital Forum” tədbiri çərçivəsində təqdim olunub.

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə "Dayanıqlı gələcək üçün yaşıl insan resursları” mövzusunda "COP29 Human Capital Forum”u baş tutub. Bu tədbirdə "Azercell Telekom” MMC insan kapitalının qiymətləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına verdiyi dəstəyə görə "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” ("Best Rewards and Recognition Strategy”) mükafatı ilə təltif edilib.

"Azercell”in insan kapitalinin idarə olunması sahəsində apardığı proseslər və tətbiq etdiyi sistemlər beynəlxalq təcrübəyə uyğun qurulub. Şirkət istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daima xüsusi diqqət göstərir. "Azercell”in mükafatlandırma və tanıma strategiyası əməkdaşların iş məmnuniyyətini və bağlılığını artırmağa, onların fəaliyyətini dəyərləndirməklə daha yüksək nəticələr əldə etməyə yönəlib. Bu strateji yanaşma işçilərin peşəkar inkişafına dəstək olmaqla yanaşı şirkətin uğurlu gələcəyi üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, "COP29 Human Capital Forum”u Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf” proqramı çərçivəsində "Rəqabətli insan kapitalı və müasir innovasiyalar” prioritetinə əsaslanıb. Forumda yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə rəhbərləri, konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllər mövzusunda fikir mübadiləsi aparıblar.
Forum dünyanın 160-dan çox ölkəsində 15000-dən çox şirkət və 5000-dən artıq üzvü olan BMT-nin Qlobal Sazişi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. "Azercell” də 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək məqsədilə bu sazişə qoşulub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Cəmiyyət 10:29
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Cəmiyyət 10:12
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol