• $
  • £

Qazaxıstan xarici turistlər üçün “müasir köçəri” vizası tətbiq edib

Qazaxıstan xarici turistlər üçün “müasir köçəri” vizası tətbiq edib
02.11.2024 18:57
Qazaxıstan xarici turistlər üçün yeni "Neo Nomad” (müasir köçəri) vizası tətbiq edib.Bu barədə TASS Qazaxıstanın Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, "Neo Nomad” adlı yeni viza növü tətbiq edilib. Bu viza müasir köçərilər adlandırılan şəxslər - iş və istirahəti birləşdirən, səyahət edən və məsafədən işləyən xarici turistlər üçün nəzərdə tutulub. Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla həyata keçirən 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır”, - məlumatda deyilir.

Qeyd olunur ki, əcnəbi turistlər xarici şirkətlərdə işlə təmin olunmaqla Qazaxıstanda bir ilədək qala biləcəklər.

"Neo Nomad” vizası almaq üçün xarici vətəndaş Qazaxıstandan kənarda azı 3 min ABŞ dolları həcmində sabit gəliri olduğunu nümayiş etdirməlidir. Həmçinin tibbi sığorta və məhkumluq haqqında arayışın təqdim edilməsi zəruridir.

"Viza proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə kimi müxtəlif sahələrdə məsafədən işləyən turistlər üçün nəzərdə tutulub”, - nazirlikdən bildirib.

Turizm Nazirliyi viza rejiminin tətbiqindən iqtisadi effektin hər il 3 milyard təngəni (6,8 milyon ABŞ dolları) ötəcəyini gözləyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol