• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır – Pezeşkian

Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır – Pezeşkian
02.11.2024 21:00
İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın infrastruktur layihələrinə sərmayə qoymasının vacibliyini vurğulayıb.
 
Oxu.Az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Pezeşkian ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətinin nəzərdən keçirildiyi Yol Nazirliyinin rəsmiləri ilə görüşdə bu fikri bildirib.

İclasda yol naziri Fərzaneh Sadiq İranın Rusiya tərəfləri ilə davam edən danışıqlarına işarə edərək, nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq haqqında razılaşma və sənədlərin son vəziyyəti haqqında hesabat təqdim edib.

Ölkənin beynəlxalq avtomobil və dəmiryolu dəhlizlərinin vəziyyəti ilə bağlı yol nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasını vurğulayıb.

"Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”, – Pezeşkian qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Vaşinqton və Moskva arasında növbəti danışıqların vaxtını açıqlayıb
Dünya 11:30
Tramp Vaşinqton və Moskva arasında növbəti danışıqların vaxtını açıqlayıb
Türkiyə ordusu daha 12 terrorçunu zərərsizləşdirib
Dünya 10:59
Türkiyə ordusu daha 12 terrorçunu zərərsizləşdirib
Rusiyanın iki hava limanında uçuşlar dayandırılıb
Dünya 10:23
Rusiyanın iki hava limanında uçuşlar dayandırılıb
HƏMAS israilli girov Bibasın cəsədini Qırmızı Xaça təhvil verib
Dünya 09:30
HƏMAS israilli girov Bibasın cəsədini Qırmızı Xaça təhvil verib
Tramp Baş Qərargah rəisini vəzifəsindən azad edib
Dünya 09:02
Tramp Baş Qərargah rəisini vəzifəsindən azad edib
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq
Dünya 08:47
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq
ABŞ qanunsuz miqrantları ölkə daxilindəki hərbi bazalara yerləşdirəcək
Dünya 08:44
ABŞ qanunsuz miqrantları ölkə daxilindəki hərbi bazalara yerləşdirəcək

Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək
Dünya
Dünya 23:30
Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək Dünya
Ukrayna məhkəməsi Zelenskinin sanksiyalarını qanunsuz hesab etdi
Dünya 23:04
Ukrayna məhkəməsi Zelenskinin sanksiyalarını qanunsuz hesab etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol