• $
  • £

50-dən çox ölkə İsrailə silah embargosu tətbiq etmək istəyir

50-dən çox ölkə İsrailə silah embargosu tətbiq etmək istəyir
04.11.2024 10:32
Türkiyə 50-dən çox dövlətdən İsrailə silah embarqosu tətbiq etmək çağırışının yer aldığı məktubu BMT-yə təqdim edib. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. 


"Hər fürsətdə təkrar etməliyik ki, İsrailə silah satmaq onun törətdiyi soyqırımda iştirak etmək deməkdir. BMT-yə 52 ölkə və 2 beynəlxalq təşkilatın imzaladığı birgə məktubda Təhlükəsizlik Şurasına bütün dövlətlərə İsrailə silah və sursat satışını dayandırmaq çağırışı ünvanlanıb”, -  Fidan bildirib.
 
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan bildirib ki, İsrail zorakılığı ona qarşı silah embarqosu tətbiq etməklə dayandırıla bilər. 

Fələstinin HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 250-yə yaxın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb. 
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol