Zakir Həsənov Slovakiyada səfərdədir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir "Slavin - İkinci Dünya Müharibəsi abidəsi"ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayiş etdirib.Bratislava şəhərində slovakiyalı həmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət
21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Son xəbərlər
Daha çox