• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır

Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
23.04.2026 12:12

Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramları ölkə üzrə balanslı inkişafın təmin edilməsinə, işsizliyin azaldılmasına və əhalinin paytaxta axınının qarşısının alınmasına xidmət edir. Bunu Milli Məclisin deputatı Azər Əmiraslanov bildirib.

Deputat qeyd edib ki, proqramın əsas məqsədi təkcə Bakı şəhərinin deyil, bütün regionların paralel inkişafını təmin etməkdir. Onun sözlərinə görə, bu siyasət yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə birbaşa bağlıdır.

Əmiraslanov vurğulayıb ki, regionlar arasında sosial-iqtisadi fərqlərin tam aradan qaldırılması mümkün olmasa da, əsas hədəf bu fərqlərin tədricən azaldılmasıdır. O əlavə edib ki, belə fərqlər Türkiyə, Almaniya və Avropa İttifaqı kimi inkişaf etmiş məkanlarda da mövcuddur.

Deputat həmçinin bildirib ki, regional inkişaf üçün maliyyə əsasları vaxtilə formalaşdırılan neft strategiyası ilə təmin olunub və proqram ölkədə planlı idarəetmə modelinin nümunəsi hesab olunur.

Onun sözlərinə görə, regionların inkişafı “Böyük Qayıdış” proqramı ilə tamamlanır və yeni inzibati yanaşmalar, o cümlədən iqtisadi rayonlaşmanın 10-dan 14 rayona genişləndirilməsi bu siyasətin tərkib hissəsidir.


Azərbaycan 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları həyata keçirir. Bu proqramlar infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və regionların investisiya cəlbediciliyinin artırılması kimi məqsədləri əhatə edir. 

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol