• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU

Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
07.11.2024 09:54
Oktyabrda "Levada Mərkəzi" tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, rusiyalıların dörddə üçündən çoxu (76 faiz) Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı hərbi əməliyyatları dəstəkləyir. Bu barədə "Azadlıq Radiosu" yazıb.

Sorğuda iştirak edənlərin 45 faizi bu hərəkətləri "tam,” 31 faizi isə "qismən" dəstəklədiyini bildirib. 
 
Sosioloqlar qeyd edib ki, ən yüksək dəstək səviyyəsi 55 yaşdan yuxarı kişilər arasında qeydə alınıb (81 faiz), ən aşağı isə 24 yaşadək gənclər arasında (67 faiz) müşahidə olunur.

Rusiyalıların yalnız 40 faizi yaxın bir insanın müharibəyə getmək qərarını dəstəklədiyini deyib.  Respondentlərin 42 faizi belə bir qərarı düzgün saymadığını bildirib. Digər 17 faiz isə bu suala cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, rusiyalıların yalnız 36 faizi döyüşlərin davam etdirilməsinin tərəfdarıdır. 55 faiz isə Ukrayna ilə sülh danışıqlarının vaxtının çatdığını düşünür.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol