Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradıldı
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.
2. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
4. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
5. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
6. "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
8.1. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
8.2. "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.3. "Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.4. "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.5. "Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.6. "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət
21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Son xəbərlər
Daha çox