• $
  • £

Amsterdamda israilli azarkeşlərə hücum olunub,10 nəfər yaralanıb - Video

Amsterdamda israilli azarkeşlərə hücum olunub,10 nəfər yaralanıb - Video
08.11.2024 15:35
Amsterdamda İsrailin "Maccabi Tel Aviv”lə Niderlandın "Ajax” klubları arasında baş tutan futbol matçından sonra insident yaşanıb.

"Qafqazinfo” "Deutsche Welle” portalına istinadən xəbər verir ki, oyundan sonra maskalı şəxslər israilli azarkeşlərə hücum edib. 

Hücum edən şəxslərdən bəziləri Fələstinə dəstəklə bağlı şüarlar səsləndirib. 

Bununla yanaşı, həmin şəxslər İsrail vətəndaşlarının yerləşdiyi hotellərə daxil olmağa cəhd edib. 

Hücumun Amsterdamın bir neçə hissəsində qeydə alındığı bildirilib.
İsrail Xarici İşlər Nazirliyi isə insident zamanı 10 nəfərin yaralandığını, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb. 

Niderland polisinin məlumatına görə, hadisə ilə bağlı 60-dan çox şəxs saxlanılıb, 5 nəfər xəstəxanaya yerləşdirilib.  

Bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarının dərhal ölkəyə qaytarılması üçün Niderlanda 2 təyyarə göndərilməsi barədə göstəriş verib. 

İsrail XİN Amsterdamda olan israilliləri hotelləri tərk etməməyə çağırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihar edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihar edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol