• $
  • £

Moldova MSK Sandunun prezident seçkilərində qələbəsini təsdiqləyib

Moldova MSK Sandunun prezident seçkilərində qələbəsini təsdiqləyib
09.11.2024 18:29
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunun nəticələrini və hazırkı prezident Maya Sandunun qələbəsini təsdiqləyib.Bu barədə seçki qurumunun press-relizində bildirilib.

Mərkəzi Seçki Komissiyası oktyabrın 20-də keçirilmiş prezident seçkilərini baş tutmuş hesab edib və bugünkü iclasında noyabrın 3-də prezident seçkilərinin ikinci turunda səsvermənin nəticələrinin mərkəzləşdirilməsi haqqında protokolu təsdiqləyib.

Seçki məntəqələri seçki komissiyalarının səslərin hesablanması nəticələri haqqında protokolları və hesabatları, həmçinin Mərkəzi Seçki Komissiyasının Seçki Dairəsi Şuraları tərəfindən tərtib edilmiş və təsdiqlənmiş prezident seçkilərinin ikinci turunda səsvermənin nəticələrinin mərkəzləşdirilməsi haqqında protokollar əsasında müəyyən edilmişdir ki, 1 701 333 seçici səsvermə bülleteni almış, səsvermədə 1 701 284 seçici iştirak edib. 1 680 569 etibarlı səsdən Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən irəli sürülmüş namizəd Maya Sanduya 930 139 nəfər, Sosialist Partiyası tərəfindən irəli sürülmüş namizəd Aleksandr Stoyanoqloya isə 750 430 nəfər səs verib. MSK ikinci turda ən çox səs toplamış Fəaliyyət və Həmrəylik Partiyasının namizədi Maya Sandunu seçilmiş elan edib.

MSK üzvləri həmçinin oktyabrın 20-də Moldova Prezidenti vəzifəsinə seçkilərin nəticələri haqqında Hesabatı təsdiq ediblər. Hesabatda prezident seçkilərinin hazırlanması, təşkili və keçirilməsi üzrə fəaliyyətlərin hərtərəfli təsviri öz əksini tapıb.

Hesabat prezident seçkilərinin ikinci turunun yekunlarına dair protokolla birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol