• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Almaniya Kansleri İlham Əliyevə zəng edib

Almaniya Kansleri İlham Əliyevə zəng edib
10.11.2024 00:16
Noyabrın 9-da Almaniya Kansleri Olaf Şoltz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

İlham Əliyev COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.

Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edərək ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib.
 
Dövlət başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini gecikdirməsinin prosesə mənfi təsir etdiyini, amma buna baxmayaraq, tərəflərin yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol