• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfə artırıb

Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfə artırıb
12.11.2024 10:57
Bu ilin yanvar-oktyabrında Azərbaycan 106,45 ton pambıq mahlıcı ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Bubarədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 1 ildə ixrac olunan pambıq mahlıcının dəyəri isə 1,6 dəfə artaraq 160,417 milyon ABŞ dolları təşkil edib.

"Hazırda respublikada pambıq yığımı davam edir. Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 086 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir.
Bu il 15 rayonda pambıq əkilib. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13 112 hektar) qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner).

Azərbaycanda pambıq əkinlərini dövlət subsidiyalaşdırır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərində 3 gün su olmayacaq - Xəbərdarlıq
Cəmiyyət 23:00
Bu ərazilərində 3 gün su olmayacaq - Xəbərdarlıq
Avtobus dayanacağında çantasını unudan şəxsin qızılları oğurlanıb
Cəmiyyət 18:50
Avtobus dayanacağında çantasını unudan şəxsin qızılları oğurlanıb
Azrbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
Cəmiyyət 18:24
Azrbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb
Cəmiyyət 18:10
Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb

Magistratura imtahanının nəticələri elan olunub
Cəmiyyət 17:22
Magistratura imtahanının nəticələri elan olunub

Ağdamda tələbə dərmandan zəhərlənib
Cəmiyyət 16:51
Ağdamda tələbə dərmandan zəhərlənib

Sosial şəbəkədə saxta kredit elanları verən şəxs saxlanılıb
Cəmiyyət 14:37
Sosial şəbəkədə saxta kredit elanları verən şəxs saxlanılıb
Rusiyada prokuror Şahin Şıxlinski və Səfərovlara cəza istəyib
Cəmiyyət 14:15
Rusiyada prokuror Şahin Şıxlinski və Səfərovlara cəza istəyib
İlin ilk Günəş tutulması başlayıb
Cəmiyyət 14:12
İlin ilk Günəş tutulması başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol